• cümə axşamı, 18 aprel, 08:28
  • Baku Bakı 12°C

İn-Grid Şölə Səfərəliyevanın hərəkətinə reaksiya verdi

14.07.14 14:24 1618
İn-Grid Şölə Səfərəliyevanın hərəkətinə reaksiya verdi
ATV telekanalında mart ayında nümayiş olunan “Alma almaya bənzər” verilişində gənc müğənni Şölə Səfərəliyevanın məşhur avropalı müğənni İn-Gridin “To es foutu” mahnısını oxuyaraq onun obrazını canlandırdığını sizə xəbər vermişdik.
Azərbaycanlı ifaçının bu obrazı yerli tamaşaçılarla bərabər xarici vətəndaşların, eləcə də İn-Gridin özünün də marağına səbəb olub. Şölə Səfərəliyevanın ifası İn-Grid tərəfindən diqqətdən kənarda qalmayıb. Belə ki, sosial şəbəkə vasitəsi ilə Şölənin ifasını və layihə barədə saytlarda yayılan xəbəri paylaşan İn-Grid ifaçımızı onu sevənlərə təqdim edib. Şölə Səfərəliyevanını özünün oxşarı kimi qələmə verən İn-Gridə sosial şəbəkədə xoş sözlər ünvanlanıb.
Şölə Səfərəliyeva isə məşhur ifaçıya diqqətinə görə təşəkkürünü bildirib: “İn-Gridin yaradıcılığını diqqətlə izləyirəm. Biz bir-birimizə çox oxşayırıq. “Alma almaya bənzər” verilişində çəkilmək üçün təklif aldıqda orada iştirak etməyə şərtlə razılıq verdim ki, İn-Gridin obrazını yaradım. Çox şadam ki, mənim atdığım addım məşhur ifaçının çox xoşuna gəlib”.
Diqqətiniz çatdıraq ki, “Alma almaya bənzər” verilişində Şölənin yaratdığı İn-Grid obrazı eyni ilə bənzərindən fərqlənmir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər