• cümə, 19 Aprel, 16:32
  • Baku Bakı 25°C

İn Grid Azərbaycana “gəldi” Fotolar

05.03.14 16:35 1985
İn Grid Azərbaycana “gəldi” Fotolar
Kaspi qlobal” prodakşn-ın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişində gənc müğənni Şölə Səfərəliyeva iştirak edib. Sözügedən verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirməyə müvəffəq olub.
Kaspi.az saytı xəbər verir ki, Şölə Səfərəliyeva İn Gridin “To es foutu” mahnısını oxuyacaq. İfaçının yaratdığı bu obraz cümə günü 23:00-da ATV telekanalında nümayiş olunacaq.
Şölə Səfərəliyeva bizimlə söhbətində çəkiliş zamanı maraqlı anların yaşandığını dedi: “İn Gridi mənə çox oxşadırdılar. Həmişə düşünürdüm ki, görəsən nə zamansa mən bu obrazı yarada biləcəyəmmi? Zaman keçdi, tam təsadüf nəticəsində məni bu obrazı canlandırmağım üçün “Alma lamaya bənzər” layihəsinə dəvət etdilər. İndiyə kimi ispan, italyan dilində mahnılar oxumuşdum. Ancaq fransız dilində mahnı oxumamışdım. Bu dil bir az qəlizdir. Bunu öyrənənə qədər dilim qırıldı (gülür). Çalışıram ki, səsimi İn Gridin səsinə oxşadım. Mahnının sözlərinə diqqət edəndə görürəm ki, mahnıda deyilir ki, sən heç də yaxşı insan deyilsən, bizim üçün heç nə etməmisən. Müğənni isə sözlərə görə mahnının çox sakit oxuyur. Ancaq mən bu sözləri çox aqressiv şəkildə ifa edərdim”.
Qeyd edək ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı isə Ətrabə Babayevadır.
Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar">
banner

Oxşar Xəbərlər