Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetinin
(ADU) nəzdində fəaliyyət göstərən
Konfutsi İnstitutunun təşkilatçılığı ilə qədim Çin filosofu, neokonfutsiçiliyin
banisi Çjou Dunyinin 1000-ci ildönümünə həsr olunmuş "Neokonfutsiçilik-ənənəvi
Çin fəlsəfə sistemi kimi” mövzusunda elmi seminar keçirilib.
Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi
İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov Çin mədəniyyətinin
ən əhəmiyyətli hadisələrindən olan neokonfutsiçiliyin mənşəyi və onun
inkişafının əsas aspektləri haqqında məlumat verib. O, bu fəlsəfənin müasir Çin
ideologiyasının formalaşmasında böyük rol oynadığını qeyd edib.
Seminarda çıxış edən Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun Fəlsəfənin müasir problemləri şöbəsinin
müdiri Əli Abasov və AMEA-nın Şərqşünaslıq
İnstitutunun Asiya-Sakit okean regionu şöbəsinin əməkdaşı Ülkər Əliyeva neokonfutsiçilik
konsepsiyası və onun Çin fəlsəfəsində tutduğu yerdən bəhs ediblər.
Tədbirdə ADU-nun Sosial elmlər kafedrasının müdiri,
dosent Ədalət Abdiyeva, professorlar Əli Məmmədov və Şükufə Cabbarova neokonfutsiçiliyin
nəzəri xüsusiyyətləri, insan təbiətinin konsepti və etik-dini tədrisin aspektləri
barədə danışıblar.
Sonda Şərq fəlsəfəsinin aktual problemləri haqqında fikir
mübadiləsi aparılıb.