• cümə axşamı, 25 aprel, 17:48
  • Baku Bakı 23°C

Çin dünyanın ikinci ən iri SES-in inşasına başlayıb

04.08.17 09:50 785
Çin dünyanın ikinci ən iri SES-in inşasına başlayıb
Çin Tzinşa çayında dünyanın ikinci ən iri "Bayxetan” su elektrik stansiyasının inşasına başlayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan layihə hazırda dünyada inşa olunmaqda olan ən iri SES-dir. Onun tikintisini 2022-ci ildə başa çatdırmaq planlaşdırılır. SES tam istifadəyə verildikdə onun gücü 16 QVt, orta illik elektrik enerjisinin istehsalının həcmi isə 60,24 teravatt/saat təşkil edəcək.
Tzinşa çayında SES üçün bəndin ucaldılmasına 2008-ci ildə başlanılıb. İnşası 2021-ci ildə başa çatdırıldıqdan sonra o Çinin üçüncü, dünyanın isə sayca 4-cü ən iri bəndi olacaq.
Hazırda dünyada ən iri SES Yantzı çayındakı Çinə məxsus "Üç dərə” stansiyası hesab edilir.
banner

Oxşar Xəbərlər