• cümə, 19 Aprel, 08:12
  • Baku Bakı 13°C

“Çin dili körpüsü” müsabiqəsinin qalibi müəyyənləşib

07.05.16 20:10 928
“Çin dili körpüsü” müsabiqəsinin qalibi müəyyənləşib
Mayın 7-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkil etdiyi 15-ci ümumdünya "Çin dili körpüsü” müsabiqəsinin ikinci mərhələsi keçirilib.
AZƏRTACxəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov BDU-da şərq dillərinin, o cümlədən çin dilinin uğurla tədris edildiyini vurğulayıb.
Rektor universitetin nəzdində yaradılmış Konfutsi İnstitutunun səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb, müsabiqə iştirakçılarına nailiyyətlər arzulayıb.
Sonra müsabiqə keçirilib, qaliblər müəyyənləşdirilib.
BDU-nun şərqşünaslıq fakültəsinin tələbəsi Təranə Sadıqova müsabiqədə birinci yerə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən qalib Çində keçiriləcək 15-ci ümumdünya "Çin dili körpüsü” müsabiqəsində ölkəmizi təmsil edəcək.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, dosent Oqtay Cəlilbəyli bildirib ki, ölkəmizdə iki mərhələdə keçirilən müsabiqənin ilkin mərhələsində 150 tələbə iştirak edib, 9 nəfər ikinci turda iştirak hüququ qazanıb.
BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən təşkil olunmuş müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında çin dilinə marağı artırmaqdır.
Xatırladaq ki, "Çin dili körpüsü” müsabiqəsinə hər il 70-dən çox ölkədən tələbələr qatılırlar.



banner

Oxşar Xəbərlər