• cümə, 29 Mart, 00:33
  • Baku Bakı 7°C

“Çin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qərarlarına uyğun həllinin tərəfdarıdır”

06.04.18 14:15 1365
“Çin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qərarlarına uyğun həllinin tərəfdarıdır”
Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın APA-ya müsahibəsi
- Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı prioritetlər hansılardır? Hansı sahələr əməkdaşlığın inkişafı üçün daha böyük perspektivə malikdir? Çinlə Azərbaycan arasında "Bir kəmər, bir yol” çərçivəsində əlaqələr hansı formadadır? Bu təşəbbüs çərçivəsində Azərbaycan hansı üstünlüklərə malikdir?
- Son illər Azərbaycan prezidentiİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti iqtisadi islahatların dərinləşməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahəsinin inkişafı, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görməyə davam edir.Çin və Azərbaycan energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə böyük perspektivə və potensiala malikdir. "Bir kəmər, Bir yol” sədr Si Tzinpin tərəfindən irəli sürülmüş beynəlxalq iqtisadi əməkdaşlıq təşəbbüsüdür. Bu, İpək Yolunun ruhunu özünə miras götürmüş beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı və insanlığın taleyi ilə bağlı vahid icmanın yaradılması, birgəməsləhətləşmələr aparmaq, birgə tikinti və birgə istifadə prinsipləri üzrə iqtisadi əməkdaşlıq üçün yeni platformanın yaradılması, inkişaf üçün yeni hərəkət qüvvələrinin axtarışıdır.Ötən il oktyabrın 30-da Azərbaycan prezidentiİlham Əliyevvə bir sıra başqa ölkələrin liderləriBakı-Tbilisi-Qarsdəmir yolu xəttinin açılışında iştirak etdilər. Mən bu tarixi ana şahid oldum. Öz çıxışında Azərbaycan prezidentiİlham Əliyevdedi ki, "BTQ Avropa və Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutdur və bununla yanaşı, AzərbaycanınBöyük İpək Yolunun canlanmasına verdiyi böyük töhfədir”.Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir və qədim İpək Yolu boyunca vacib ölkədir. Çin Avropa ilə Asiyanı birləşdirən vacib nəqliyyat mərkəzi kimi Azərbaycanın coğrafi üstünlüyünü yüksək qiymətləndirir və Azərbaycanla birlikdə Çin-Azərbaycan və bu marşrut üzrə yerləşən digər ölkələr arasında əlaqələrin səviyyəsini artırmaq üçün əlverişli mühit yaratmağa hazırdır. Biz ümid edirik və əminik ki, 2000 il əvvəl qədim İpək Yolu artıq bizim xalqlarımızı birləşdirib, Yeni İpək Yolu isə onları daha da yaxınlaşdıracaq.
- "Bir kəmər, bir yol” layihəsindən söz düşəndə, bu kəlmə bu gün dünyada çox işlədilən sözlərdən biridir. Bu təşəbbüsün əsas mahiyyəti haqqında bizə danışın, zəhmət olmasa. Belə fikir var ki, "Bir kəmər, bir yol” Çinin xarici iqtisadi əməkdaşlığının əsas strategiyasıdır, bəs siz bu barədə nə düşünürsünüz?
- "Bir kəmər, bir yol” Çinin dünyaya təqdim etdiyi ictimai məhsuldur və əməkdaşlıq sahəsində əhəmiyyətli bir təşəbbüsdür. Layihənin mərkəz ideyası - iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün infrastruktur sahəsində qarşılıqlı əlaqə, tamamlayıcılığın faydalarını həyata keçirmək, ümumi inkişafı təşviq etmək, bununla da dünya iqtisadiyyatının böyüməsi və dünya ölkələrinin ümumi inkişafı üçün daha çox imkanlar yaratmaqdır. Bu təşəbbüs birgə məsləhət, birgə tikinti və birgə istifadə prinsiplərinə riayət edir. Bu təşəbbüs Çin tərəfindən irəli sürülüb, Çin bu marşrut boyunca bütün ölkələrlə əməkdaşlığa yönəlib, bu, dünyanın bütün ölkələrinə açıqdır və bütün ölkələr bu layihənin meyvələrindən faydalana bilər. Bu təşəbbüsdə iştirak edən hər kəs bərabər və qarşılıqlı faydalı tərəfdaşlardır, onlar iştirakçılar, qurucular və benefisiarlardır. Əgər bu təşəbbüsü strategiya adlandırmaq gərəkirsə, onda bu strategiya bütün ölkələr üçündür, hansı ki iqtisadi artım və bütün dünyanın ümumi inkişafı üçün hərəkət edən bir güc tapmağı hədəfləyir. Bu təşəbbüs geosiyasi strategiya deyil.
- 2017-ci ilin oktyabrında keçirilən 19-cu qurultayda yeni anlayış səsləndirildi: "Sosializm Çinə məxsus spesifikliyi ilə yeni dönəmə qədəm qoydu”.Yeni dönəmin xarakteristikası nədən ibarətdir? Çin bu yeni dönəmdə hansı konkret tapşırıqları öz qarşısına qoyub?
- Çin Kommunist Partiyasının baş katibi Si Tsinpin 19-cu qurultayda açıqladığı hesabatda bildirdi ki, uzunmüddətli səylərdən sonra sosializmin Çinə məxsus spesifikası yeni dönəmə qədəm qoyub. Bu yeni tarixi mövqe Çinin inkişafı üçündür.Çin spesifikasına malik yeni dövr sosializminin xarakteristikası 3 aspektdə özünü göstərir. Birincisi, Çin spesifikasına məxsus sosializm yeni inkişaf dövrünə qədəm qoyub. Çin Kommunist Partiyasının 18-ci qurultayından başlayaraq Çin islahatların həyata keçirilməsi və açıqlıqda tarixi nailiyyətlərə nail olub, partiyanın və dövlətin işində tarixi dəyişikliklər baş verib.İkincisi, Çin cəmiyyətində olan əsas ziddiyyətlərdə dəyişikliklər baş verdi.Hazırda Çin cəmiyyətində əsas ziddiyyətlər gözəl həyat zamanı xalqın daimi artan tələbatları ilə inkişafın bərabərsizliyi və yetərsizliyi arasındadır. Bu isə insanların artmaqda olan maddi və mədəni tələbatları ilə geridə qalmış sosial istehsalat arasında ziddiyyəti əvəzləyib.Üçüncüsü, Çin dünya arenasında baş verən yeni dəyişikliklərlə üzləşib. Dünya hazırda fövqəladə inkişaf dövrünü yaşayır. Nəhəng dəyişikliklər və ciddi yenidənqurmalarbaş verir. Çinin inkişafı üçün xarici mühit daha da çətin olub. Çininxarici dünya ilə əməkdaşlığı və interaktivliyi günbəgün artır. Çin qətiyyətli şəkildə dünya arenasının mərkəzinə daxil olur.
- 19-cu qurultayda belə bir fikir irəli sürüldü ki, Çin yeni növ beynəlxalq əməkdaşlığın və insanlığın taleyi ilə bağlı vahid icmanın yaradılmasını təklif edir. Bu nəzəriyyə Çinin xarici siyasətində hansı şəkildə əks olunub?
- 19-cu qurultayın hesabatında açıq şəkildə bəyan edildi ki,Çin yeni növ beynəlxalq əməkdaşlığın və insanlığın taleyi ilə bağlı vahid icmanın yaradılmasını təklif edir. Məhz bu iki təklif gələcəkdə Çin diplomatiyasının ümumi məqsədini təşkil edir. Bu iki təklif 5000 illik tarixə malik Çin xalqının ən yaxşı ənənələri, Yeni Çinin xarici dünya siyasətinin əsas dəyərləri və Çin kommunistlərinin üzərilərinə götürdüyü insanlığın rifahı missiyasından irəli gəlir. Yeni növ beynəlxalq əməkdaşlığın formalaşdırılması, daha doğrusu,dövlətlərlə əməkdaşlığın yeni yollarının axtarılmasında əsas ideya ilk növbədə böyük və ya kiçik, güclü və ya zəif, zəngin və ya kasıb dövlət olmasından, hansı din, mədəniyyətə xidmət etməsindənasılı olmayaraq, qarşılıqlı hörmətlə bağlıdır, hər kəsə bərabər yanaşılır. İkincisi ədalətlə bağlıdır.Çin qəti olaraq cəngəllik qanunlarının əleyhinə çıxış edir və bütün ölkələrin, xüsusilə inkişaf etməkdə olan ölkələrin qanuni maraqlarına tərəfdardır. Üçüncüsü əməkdaşlıq və qarşılıqlı fayda əldə etmə ilə bağlıdır. Çin qeyri-sıfır uduş məbləğləri olan oyunlardan imtina etməyə çağırır, ümumi inkişaf və qarşılıqlı qələbəyə çağırır. Digər məqsəd insanlığın taleyi ilə bağlı vahid icmanın yaradılması, daha doğrusu, dünyada olan müxtəlif problemlərin həlli üçün layihələrin irəli sürülməsi ilə bağlıdır. Bütün dünya ölkələri və xalqları bir planetdə yaşayırvə bir-biri ilə sıx bağlıdır. Buna görə dədünyanı harmoniyalı böyük ailəyə çevirmək və insanlarının yaxşı arzularını yerinə yetirmək lazımdır. Çin bütün ölkələrin xalqlarını birgə səylərlə uzunmüddətli sülhün, ümumi təhlükəsizliyin, birgə rifahın, açıqlıq və inklüzivliyin hökm sürdüyü təmiz və gözəl dünya yaratmağa çağırır.
- Son illər Çində sürətli iqtisadi artım müşahidə olunur. Çin iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? Çin ölkənin dayanıqlı inkişafını təmin etmək üçün nə kimi tədbirlər görür?
- 2017-ci ilin nəticələrinə əsasən Çində ÜDM 6,9 faiz artaraq 82 trilyon 712 milyard yuana çatdırılıb. Bu, 12,7 trilyon dollardır. Bu rəqəm ümumdünya iqtisadiyyatının 15 faizini təşkil edir. Bu göstəricisinə görə Çin davamlı olaraq dünyada ikinci yerdə durur.Çində valyuta ehtiyatlarının həcmi dünyada birinci yerdədir və 3 trilyon 140 milyard təşkil edir. 2017-ci ildəÇində taxıl istehsalı 618 milyon ton olub, yeni tikilmiş və bərpa edilmiş yüksək sürətli avtomobil yollarının uzunluğu6795 km, yeni yüksək sürətli dəmir yolu xətlərinin uzunluğu 2182, yeni fiber optik kabellərin uzunluğu 7 milyon 50 min km təşkil edir. Beləliklə də, Çin yüksək sürətli avtomobil yolları, yüksək sürətli dəmir yolu xətləri və genişzolaqlı mobil şəbəkə sahəsində ən genişmiqyaslı şəbəkəyə malikdir. 2017-ci ildə Çinin dünya iqtisadiyyatının artımına töhfəsi 30 faiz olub. Ölkəmiz dünya iqtisadiyyatının bərpası və stabilləşməsi sahəsində vacib mühərrik olmaqda davam edir. Eyni zamanda, bildirmək lazımdır ki, hələ də bizdə çoxsaylı çatışmazlıqlar var və biz çoxsaylı çətinliklər və çağırışlarla üz-üzəyik. Onların arasındabərabərsizlik və inkişaf yetərsizliyinin səbəb olduğu bir sıra kəskin problemlərin həll olmaması var. İqtisadi inkişaf üçün endogen gücün artırılması vacibdir, iqtisadi və maliyyə risklərini görməzdən gəlmək olmaz. Ətraf mühitin çirklənməsi ilə bağlı problemlər hələ də qalır. Xalqın rifahı ilə bağlı sahələrdə zəifliklər hələ də var. İnsanlar təhsil, tibbi xidmət, yaşayış və digər sahələrlə bağlı çətinliklərlə üzləşir. Biz gələcəklə bağlı çox ümidliyik və ölkənin dayanıqlı inkişafının təmin olunması üçün aşağıdakı tədbirləri görəcəyik: ilk olaraq daha keyfiyyətli iqtisadiyyatı təmin edəcəyik. Çin iqtisadiyyatı yüksək inkişaf tempindən yüksək səviyyəli inkişafa qədəm qoyub. Çinin inkişafının strateji məqsədi innovasiya potensialını və Çin iqtisadiyyatının rəqabətə davamlılığını keyfiyyət və effektivliklə bağlı islahatlar aparmaqla daima artırmaqdır.İkincisi, daha ədalətli inkişaf təmin olunacaq. Çin iqtisadiyyatı yeni dönəmdə daha çox ədalətli inkişafa, əhalinin yaşayış səviyyəsinin artırılmasına daha çox diqqət ayırır. Hər yerdə ümumxalq sosial təminat planının həyata keçirilməsi, qocalıq üzrə əsas sığorta sistemini və əsas tibbi sığorta ilə bağlı vahid sistemi təkmilləşdirməklə insanları daha çox əlçatan yaşayış məkanları ilə təmin etmək bəhrəsinin hər kəs tərəfindən hiss olunması üçün ali və professional təhsilə maliyyəni artırmaq vacibdir.Üçüncüsü daha gözəl inkişafla bağlıdır. "Yaşıl” maliyyələri artırmaq, enerjiyə qənaət və təbiəti qoruma sahələrini, ekoloji cəhətdən təmiz istehsalatı və ekoloji cəhətdən təmiz enerji mənbələrinin işlənməsi sahələriniböyütmək vacibdir.Ekoloji sivilizasiyanın inkişafı sahəsində ümumi layihələndirmə, təşkilat işlərinin aparılması və rəhbərlik işinin intensivləşdirilməsi məqsədi ilədövlətin təbii resurs aktivlərinin idarə edilməsi və təbii ekosistemlərə monitorinq və nəzarət üzrə orqanlar yaradılmalı, torpaq,havavə suyun mühafizəsi ilə bağlı tədbirlər görülməlidir. Ekoloji sistemə mənfi təsir edəcək istənilən fəaliyyətin qarşısının qətiyyətlə alınması və ya cəza tətbiq edilməsi çox vacibdir. Dördüncüsü, daha açıq inkişafla bağlıdır. 2018-ci ildə Çində "İslahatlar və açıqlıq” siyasətinin aparılmasının 40 illiyi qeyd olunur.Çin davamlı olaraq açıqlıq siyasətini genişləndirir, aktiv şəkildə qlobal tərəfdaşlıq əlaqələrini inkişaf etdirir, bütün ölkələrlə maraq dairələrinin toqquşduğu sahələri genişləndirir.Çin bütün qüvvəsi ilə ticarət və investisiya üçün əlverişli şərait yaradacaq, açıq, inklüziv dünya iqtisadiyyatının yaradılması üçün kömək edəcək, beynəlxalq ictimaiyyəti "Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığa sövq edəcək, əməkdaşlıq üçün yeni platforma yaradacaq və eyni zamanda dünyanın rifahı üçün çalışacaq.
- 2017-ci ilin may ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Çin Milli Neft Korporasiyası (CNPC) və Çin İnkişaf Bankı arasında "SOCAR GPC" layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. SOCAR GPC 2017-ci ilin sonunadək maliyyələşdirmə məsələsini tamamlamalıdır. Maliyyələşdirmə prosesi hansı mərhələdədir?
- Hər iki tərəf bu layihəyə böyük əhəmiyyət verir, Azərbaycan hökuməti Çin-Azərbaycan əməkdaşlığının əhəmiyyətli bir ortaq layihəsi olaraq bütün gücü ilə layihənin həyata keçirilməsini təşviq edir. 2017-ci il mayın 13-də "Bir kəmər, bir yol” layihəsi üzrə Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində SOCAR, Çin Milli Neft Korporasiyası ( CNPC) və Çin İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu imzalandı və bu, layihənin maliyyələşdirilməsi üçün möhkəm təməl qoydu. Hazırda tərəflər tərəqqiyə nail olmaq üçün gücləndirilmiş rejim üzərində işləyirlər. Qeyd etmək lazımdır ki, bu layihə böyük miqdarda birləşir, hər iki tərəf üçün çox vacibdir. Əminəm ki, əgər tərəflər bir-birinə doğru hərəkət etsələr, birgə səy göstərsələr, bir-birinin maraqlarını nəzərə alsalar, bu layihə əhəmiyyətli bir nəticə əldə edəcək.
- Azərbaycanda neçə Çin şirkəti fəaliyyət göstərir? Çin şirkətləri hansı sahələrdə maraqlıdır? Ötən il iki ölkə arasında ticarət dövriyyəsi nə qədər təşkil edib? Çinin Azərbaycana yatırdığı investisiyanın miqdarı nə qədər olub?
- Son illərdə Çin və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq daim dərinləşir, xüsusilə ticari-iqtisadi əməkdaşlıqda dinamik tendensiya davam edir.Birgə səylər nəticəsində 2017-ci ildə ticarət dövriyyəsi diplomatik əlaqələrin qurulmasından sonra rekord səviyyəyə çataraq 1 milyard 298 milyon olub. Azərbaycanın ticarət tərəfdaşları siyahısında Çin ümumi dövriyyədə dördüncü, ixracda səkkizinci, idxalda üçüncü yeri tutur. Hazırda Çin Azərbaycan iqtisadiyyatına 770 milyon dollar investisiya yatırıb, 20-dən çox Çin şirkəti Azərbaycanda neft-qaz, tikinti, texnologiya, kommunikasiya, aviasiya, logistika, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. 2018-ci ildə "İslahat və şəffaflıq" siyasətinin həyata keçirilməsinin 40 illiyi qeyd olunur. Bu 40 il ərzində Çin böyük dəyişikliklərə məruz qaldı və biz şəffaflığın genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, texniki və sənaye parklarının yaradılması sahəsində təcrübələr əldə etdik. Biz görürük ki, son illərdə Azərbaycan hökuməti iqtisadi islahatları dərinləşdirmək və investisiya mühitinin daim təkmilləşdirilməsi üçün tədbirlər görür. Çin müəssisələri iqtisadi quruluşda Azərbaycan tərəfi ilə yaxından əməkdaşlıq etməyə və neft-qaz, infrastruktur, istehsal obyektləri və avadanlıqları, azad ticarət zonaları, sənaye və kənd təsərrüfatı parkları, nəqliyyat və logistika, bərpa olunan enerji, informasiya və kommunikasiya, yüksək texnologiyalı sənaye, turizm və bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırdır. Çin tərəfi ümid edir ki, Azərbaycan daha çox Çin şirkətinin Azərbaycana sərmayə yatırması üçün daha əlverişli və imtiyazlı investisiya siyasəti aparacaq.
- Necə düşünürsünüz, Çin bazarında hansı Azərbaycan məhsullarına maraq daha çox olar? Azərbaycan məhsullarının Çin bazarına çıxması üçün Çin tərəfi hansı köməkliyi göstərə bilər?
- Bir ölkənin məhsulunun beynəlxalq bazara çıxması, əsasən rəqabət qabiliyyətinə, keyfiyyət və qiymətin uyğun nisbəti, bazarın və istehlakçıların tanınması dərəcəsinə bağlıdır. Digər yandan, bu, təbliğat, gömrük siyasəti, təqdimatlar daxil olmaqla hökumətin dəstəyi ilə bağlıdır. Azərbaycanın meyvə, tərəvəz, qara çay, şərab, ət məhsulları çox keyfiyyətlidir, bu məhsullar tədricən Çində populyarlıq qazanır. Daha çox Azərbaycan məhsulunun Çin bazarına çıxması üçün hər iki ölkə yaxın vaxtlarda nəzarət, yoxlama və karantin razılaşması kimi müvafiq texniki müqavilələr üzrə danışıqlar həyata keçirməlidir. Biz ümid edirik ki, Azərbaycan tərəfi bu işə başlaya və müqavilənin imzalanmasını həyata keçirə bilər. Ötən il Çin lideri elan etdi ki, 2018-ci ilin noyabr ayında Şanxayda ilk dəfə Çin Beynəlxalq İxrac Sərgisi (China International Import Expo) keçiriləcək, önümüzdəki 5 ildə Çin 10 trilyondan çox miqdarda mal və xidmət idxal edəcək ki, bu, şirkətlərin Çin bazarına daxil olmasına dünya miqyasında geniş imkanlar yaradır. Sərgidə 100-dən çox ölkə və regiondan 150 min alıcı iştirak edəcək. Biz ümid edirik ki, Azərbaycan tərəfi çinli istehlakçılar arasında Azərbaycan məhsullarının populyarlığını artırmaq üçün bu unikal şansı dəyərləndirəcək və sərgidə aktiv iştirak edəcək. Biz bu sərginin köməyi sayəsində Azərbaycan tərəfi ilə ticarət və iqtisadi əlaqələri daha da yüksək səviyyəyə gətirməyə hazırıq.
- Çin bankları Azərbaycan bazarı ilə maraqlanırlarmı?Onlar hansısa banka investisiya yatıra bilərlərmi?
- "Bir kəmər bir yol” təşəbbüsü irəli sürüldüyü andan Çin bankları bu marşrut boyunca yerləşən ölkələrlə daimi olaraq əməkdaşlığı genişləndirir və müxtəlif layihələrə maliyyəni gücləndirir.Onlar bu təşəbbüsün irəli sürülməsi və inkişafı üçün müxtəlif xidmətlər təqdim edir, eyni zamanda özlərinin beynəlxalq səviyyədə əlaqələri daima artır. 2017-ci ili mayında Azərbaycan Dövlət Neft Şirkəti,Çinin Milli Neft Korporasiyası və Çin İnkişaf Bankı arasında "SOCAR GPC” layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.Bu, onu göstərir ki, iki ölkənin şirkətləri və maliyyə idarələri arasında əməkdaşlıq yaxşı perspektivlərə malikdir. Çin tərəfi ümid edir ki, Azərbaycan tərəfi investisiya və maliyyə siyasətini açıq etməyə davam edəcək, bazarın investisiya mühitini yaxşılaşdıracaq və beynəlxalq praktikaya Azərbaycan bankları ilə müxtəlif formalarda maliyyə əməkdaşlığı üçün daha çox Çin banklarını cəlb etmək və "Bir kəmər bir yol” layihəsi çərçivəsində iki ölkə arasında "Kapitalların azad hərəkəti”məqsədinə tezliklə nail olmaqməqsədilə maraqlı investorları nəzərə alacaq.
- İki ölkə arasında tələbə mübadiləsi proqramlarına dair nə deyə bilərsiniz?
- 2015-ci ildə Çin və Azərbaycan nazirlikləri arasında əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb. Bu razılaşmaya əsasən hökumət təqaüdləri üzrə mübadiləsi gerçəkləşdirilən şagirdlərin sayı 50 nəfərədək artıb. Bu müqavilə 2017-ci ildə qüvvəyə minib. Hal-hazırda tərəflər bu kvotaları yerinə yetirib.Dövlət xətti ilə təhsil alan tələbələrdən başqa, daha çinli 50 tələbə də Azərbaycanda öz hesabına təhsil alır. Çində təhsil alan azərbaycanlı tələbələrə gəldikdə isə, onların sayı 100-dən çoxdur. Biz əminik ki, Çin-Azərbaycan əlaqələrinin davamlı inkişafı sayəsində daha da çox Çin tələbəsi Azərbaycana, eləcə də Azərbaycan tələbəsi Çində təhsil almağa gələcək və mübadilə proqramı çərçivəsində tələbə sayı daha da artacaq.
- Ötən il ərzində Çin və Azərbaycan arasında turizm mübadiləsi nə qədər olub? Çinli turistləri Azərbaycana necə cəlb etmək olar? Birbaşa reyslərlə bağlı nə deyə bilərsiniz?
- AzərbaycanMədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, 2017-ci ildə Azərbaycana gələn turistlərin sayı rekord sayda - 2.691.998 nəfər olub. Ümumiyyətlə, hələ də Azərbaycana gələn Çin turistlərinin nisbəti çox deyil, bu da əsasən Azərbaycan turizm bazarının təbliğat işi, inkişafı və idarə olunması ilə bağlıdır. Çin artıq turistlər üçün çox əhəmiyyətli bir ixrac ölkəsi halına gəlib və önümüzdəki beş ildə xaricə səyahət edən çinli turistlərin sayı 500 milyona çatacaq. Azərbaycan qədim İpək Yolu marşrutu boyunca mühüm ölkələrdən biridir. Azərbaycan turistik resurslarla zəngindir. Hər iki ölkənin turizm sahəsində əməkdaşlıq üçün böyük potensialı mövcuddur. Son illərdə Azərbaycana maraq göstərən Çin turistlərinin sayı artmaqdadır və onların ölkənizə səfər etmək istəyi artır. Alış-verişə, humanitar tədbirlər təşkil etməyə, təbiət qoruqlarına turlar təşkil etməyə, qonşu ölkələrlə birlikdə ölkənin ətrafında xüsusi regional turlar təşkil etməyə fokuslanmaq məsləhət görülür. Səlahiyyətli Çin turizm müəssisələri ilə turizmin reklam edilməsi və inkişaf etdirilməsi və klassik turist markası yaratmaq məsləhətdir. Hazırda həftədə iki dəfə Pekin-Bakı / Bakı-Pekin istiqamətində müntəzəm birbaşa uçuşlar həyata keçirilir. Bundan başqa, AzərbaycanHavaYolları və Çin tərəfdaşları əməkdaşlığı genişləndirmək niyyətindədir və müştərilərə Pekin vasitəsilə Çinin digər şəhərlərinə, eləcə də Orta Asiya və Cənub-Şərqi Asiya şəhərlərinə əlverişli tranzit biletləri təklif etməyi planlaşdırır. Birbaşa uçuşların açılması ticari-iqtisadi əməkdaşlığı gücləndirmək və ölkələrimiz arasında turizmi inkişaf etdirmək üçünhavakörpüsü yaratdı.
-Dağlıq Qarabağmünaqişəsinin həllində Çinin mövqeyi nədir?
- ÇininDağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı mövqeyi aydın və dəyişməzdir. Çin tərəfi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir və münaqişənin beynəlxalq hüquqa,BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara uyğun olaraq dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu, təkcə tərəflərin maraqlarına xidmət etmir, eyni zamanda da mövcud regionda sülh, sabitlik və inkişaf gətirəcək.
banner

Oxşar Xəbərlər