• cümə axşamı, 18 aprel, 07:55
  • Baku Bakı 12°C

Çin-ABŞ ticarət danışıqlarının 11-ci mərhələsi Vaşinqtonda keçiriləcək

07.05.19 15:38 613
Çin-ABŞ ticarət danışıqlarının 11-ci mərhələsi Vaşinqtonda keçiriləcək
Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi mayın 9-10-da Vaşinqtonda keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi məlumat yayıb. Danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-a səfər edəcək. Danışıqlarda Birləşmiş Ştatların nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcəklər.
Qeyd edək ki, bəzi ekspertlər ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan bəzi mallara tətbiq edilən tariflərin 10 faizdən 25 faizə qaldırılması ilə bağlı sosial şəbəkələrdə yazdığı statusdan sonra iki ölkə arasında ticarət danışıqlarında qeyri-müəyyənliyin yarandığını bildirirlər.
banner

Oxşar Xəbərlər