• cümə, 19 Aprel, 02:55
  • Baku Bakı 18°C

Çin ABŞ-ı Cənubi Çin dənizində təxribatları dayandırmağa çağırıb

28.05.17 10:00 883
Çin ABŞ-ı Cənubi Çin dənizində təxribatları dayandırmağa çağırıb
Çin Müdafiə Nazirliyi növbəti dəfə ABŞ HərbiHavavə Hərbi Dəniz qüvvələrini Cənubi Çin dənizində Çinin suverenliyi və təhlükəsizliyinə təhlükə yaradan təxribat xarakterli fəaliyyətlərini dayandırmağa çağırıb.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyi Çin Silahlı Qüvvələrinin ölkənin suverenliyi və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcəyini bəyan edib.
Bundan əvvəl ABŞ KİV-ləri yazıb ki, mayın 25-də Çinin iki çoxfunksiyalı "J10” hərbi təyyarəsi Honkonqunhavaməkanından 240 km cənub-şərqdə ABŞ-ın "P-3 Orion” patrul təyyarəsinə 30 metrə qədər yaxınlaşıb. Çin Müdafiə Nazirliyi də ABŞ-ın hərbi patrul təyyarəsinin mayın 25-də Honkonqunhavaməkanından cənub-şərqdə kəşfiyyat fəaliyyəti apardığını təsdiqləyib. Çin Müdafiə Nazirliyi vurğulayıb ki, Çin hərbi aviasiyası qaydalara uyğun olaraq həmin yad təyyarəyə qarşı yoxlama aparıb, əməliyyat peşəkar və təhlükəsiz formada həyata keçirilib. Eyni zamanda qeyd edilib ki, son zamanlar ABŞ Cənubi Çin dənizinə bir neçə gəmi və təyyarə göndərib, bu da Çinin suverenliyinə və həmin rayondakı hərbi heyətin həyatına təhlükədir.
banner

Oxşar Xəbərlər