AZE | RUS | ENG |

İmperatoru o əvəz edəcək

İmperatoru o əvəz edəcək
“Qalatasaray”ı Fatih Terimin yoxluğunda növbəti oyunda meydana çıxaracaq məşqçi məlum olub.


Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qarşıdakı “Karabükspor”la matçda Terimi komandanın qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel əvəz edəcək. Qeyd edək ki, hakimi təhqir etdiyi üçün Türkiyə Futbol Federasiyası F.Terimə doqquz oyunluq ağır cəza tədbiq edib. “İmperator”un köməkçiləri olan Hasan Şaş iki, Ümid Davala isə bir matçlıq cəzalandırılıb. "Karabükspor"la oyundan sonra isə Terimi Həsən Şaş və Ümit Davala əvəz edəcək. Qeyd edək ki, bir müddət əvvəl "Karabükspor"la matça qadın məşqçi Duyğu Ərdoğanın çıxacağı xəbəri yayılmışdı.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805