AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İmkansız vətəndaşlara yardım ediləcək - Rəsmi

İmkansız vətəndaşlara yardım ediləcək - Rəsmi

Cəmiyyət
30 Mart 2020, 22:14 240
"Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar".
"Qafqazinfo" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə müsahibəsində deyib.

Qurum rəsmisi bildirib ki, sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:
"Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək".