• cümə axşamı, 25 aprel, 13:49
  • Baku Bakı 23°C

İmkanlarımızı səfərbər etməliyik - Leyla Əliyeva

04.11.13 10:19 1289
İmkanlarımızı səfərbər etməliyik - Leyla Əliyeva
"Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir". Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) kampaniyasının təsisçisi Leyla Əliyeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" beynəlxalq konfransının iştirakçılarına müraciətində deyib.
Leyla Əliyeva bildirib ki, təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur: "İDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə yaşıl düşüncə ilə yanaşmanı və təbliğ etməni fəalliyətimizin əsas prinsipi hesab edirik".
Heydər Əliyev Fondunun vitse-prezidenti müraciətində deyib ki, ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir: "İDEA ekoloji maarifləndirməni gücləndirmək üçün yeni layihələr üzərində işləyir. Planetimizin gələcək ekoloji vəziyyəti bugünkü nəslin düşüncəsindən asılı olaraq yaranacaq. Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir".
Leyla Əliyevanın sözlərinə görə, baş verən demoqrafik dəyişikliklər, sənayenin genişləndirilməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir: "Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik. Çox şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həlli yollarının müzakirəsi üçün yeni platforma açır. Konfransın işinə uğurlar arzulayıram".
banner

Oxşar Xəbərlər