• cümə, 26 Aprel, 00:50
  • Baku Bakı 16°C

Imişlidə qadın faciəsi: anaya illərdir tövlədə zülm edilir

13.11.13 13:50 1276
Imişlidə qadın faciəsi: anaya illərdir tövlədə zülm edilir
Azərbaycanda misli görünməmiş ana faciəsi yaşanır. İmişli rayonunun Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası tərəfindən tövlədə saxlanılır.
İki ildir tövləyə salınan 30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir, yemək və su ona sinidə aparılır. Kənd sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallıı qadın iki ildir yeməyi o formada qəbul edir. Qadının faciəsi bir müddət əvvəl başlayıb.
İki övladı olan ana ərini və uşaqlarını ataraq sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə, uşaqlarının yanına gətirib. Lakin bir müddət sonra həmin qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası Zakir sevgilisindən alaraq evə gətirib tövləyə salıb. Qadın əzizlərindən bağışlanmasını yalvarsa da, atası onun yaşamaq haqqı olmadığını deyir.
banner

Oxşar Xəbərlər