• şənbə, 20 Aprel, 06:11
  • Baku Bakı 14°C

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

30.12.18 20:01 471
İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb
İmişlidə4 nəfərin xəsarət almasıilə nəticələnən yol qəzası olub.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarındaÇaxırlıkəndində qeydə alınıb.
Belə ki,"Jiquli”markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlüİsgəndərov Yurddaş İsgəndər oğlu,1979-cu il təvəllüdlüİsgəndərov İsgəndər Yurddaşoğlu,İmişli sakinləri, 2008-ci il təvəllüdlüMəmmədov Səbuhi Nicat oğluvəMəmmədov Kamal Ağakərim oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dekabrın 28-də dəİmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.

banner

Oxşar Xəbərlər