• cümə, 26 Aprel, 19:05
  • Baku Bakı 22°C

İmişlidə minik avtomobili aşıb, ölən və yaralananlar var

30.07.18 09:30 395
İmişlidə minik avtomobili aşıb, ölən və yaralananlar var
İmişlidə baş verən yol qəzasında1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.
Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər. Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu hadisə yerində ölüb.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər