• cümə, 19 Aprel, 14:30
  • Baku Bakı 25°C

İmişlidə baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

04.05.20 09:06 667
İmişlidə baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyi İmişlidə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, İmişli rayonunda "KamAZ" və "QAZel" markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZel" markalı yük avtomobilinin sürücüsü, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər