İmicini dəyişdi, sarışın oldu
"Arsenal”ın futbolçusu Məsut Özil imicini dəyişib.
Kaspi.az xəbər verir ki, Məsut sarışın görkəm alıb. O, saçını sarı
rəngə boyayıb. Futbolçu imicini niyə dəyişdiyi barədə məlumat verməyib.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Arsenal” Özili satmaq
istəyir. Amma "topçular” ona görə real təklif almadılar.
Yalnız "Fənərbaxça” futbolçunu icarəyə götürmək istədiyi ilə bağlı rəsmi müraciət edib.
Özilin "Arsenal”la qüvvədə olan müqaviləsi 2021-ci ilin yayında başa
çatır.