• cümə axşamı, 25 aprel, 20:54
  • Baku Bakı 21°C

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatında növbəti görüşlər keçiriləcək

19.08.17 09:40 1372
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatında növbəti görüşlər keçiriləcək
Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında növbəti görüşlər keçiriləcək.
AZƏRTACxəbər verir ki, saat 09:30-da keçiriləcək günün ilk matçında qadın həndbolçulardan ibarət "Qarabağ” klubu "İdman Akademiyası” komandasını qəbul edəcək. Qadınlar arasında altı matç oynanılacaq.
Saat 18:15-də isə kişi həndbolçular meydana çıxacaqlar. Turun ilk qarşılaşmasında "Təhsil” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri qələbə uğrunda yarışacaqlar. Kişilər arasında, ümumilikdə iki oyun baş tutacaq.
banner

Oxşar Xəbərlər