• çərşənbə axşamı, 23 aprel, 16:58
  • Baku Bakı 24°C

Çimdiyi üçün “axmaq” adlandırıldı

07.06.18 13:15 673
Çimdiyi üçün “axmaq” adlandırıldı
Argentina yığmasının heyətində 1986-cı ildə dünya çempionu olmuş Nestor Klausen millinin hazırkı üzvü Kristian Ansaldini kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Ansaldi həyat yoldaşı ilə cakuzidə çimərkən çəkilmiş şəklini sosial şəbəkədə yerləşdirib. Klausen onu yığma komandanın oyunlarına tam köklənməməkdə ittiham edərək, bu hərəkətini axmaqlıq adlandırıb:
"Futbolçu hazırlıq dövrü ərəfəsində də futbolçu kimi qalmalıdır. Bu məqamda hətta ailəni də bir kənara qoymaq lazımdı.
Ansaldi axmaqdı. Futbolçu tam olaraq oyuna köklənməlidir. Çünki bir komandanı yox, bütün ölkəni təmsil edəcək.
O ölkənin isə futbol tarixi var. Argentina 3 finalda məğlub olub. Buna görə də futbolçular maksimum səy göstərməlidirlər.
Hətta məşqçi istirahət təklif etsə belə, onlar imtina etməli, "biz çalışmaq istəyirik” deməlidirlər”.
banner

Oxşar Xəbərlər