• cümə, 29 Mart, 16:49
  • Baku Bakı 14°C

“İmamzadə” kompleksində abadlıq işlərinə 3 milyon manat ayrıldı

16.05.14 17:08 1044
“İmamzadə” kompleksində abadlıq işlərinə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında sərəncam imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə, prezidentin sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri reallaşdırmalıdır.
banner

Oxşar Xəbərlər