İllinoys Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub - Fotolar
Azərbaycan Tibb
Universiteti (ATU) beynəlxalq əlaqələrini genişləndirir. Ali məktəb dünyanın
müxtəlif nöqtələrində yerləşən universitetlərlə əməkdaşlıq edir, həmçinin yeni
tərəfdaşlarla münasibətlər qurur. Artıq daha nüfuzlu bir elmi müəssisə ilə ATU
arasında əlaqələrin qurulmasına başlanılıb.
Bu
gün Çikaqonun İllinoys Universitetinin
təmsilçiləri
ATU-nun qonağı olublar.
İllinoys
Universitetinin sağlamlıq üzrə inkişaf prorektoru Robert
Barişin
rəhbərlik etdiyi nümayəndə heyəti universitetlə tanış olub, rəhbərliklə
görüşüb.
Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara Azərbaycanın yeganə tibbi
ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Professor qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra
ATU da inkişaf yoluna qədəm qoyub. Hazırda Tibb Universiteti nəinki ölkəmizdə,
ümumiyyətlə regionda tibb təhsili verən ən güclü ali müəssisələrdən biridir.
Rektor vurğulayıb ki, Tibb Universiteti yalnız ali məktəb deyil, həm də güclü
elm ocağı və müalicə mərkəzi kimi fəaliyyət göstərir. Belə ki, Universitet nəzdində
müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dörd müasir klinika fəaliyyət
göstərir. Rektor G.Gəraybəyli ATU-da tələbələrlə yanaşı, rezidentlər üçün
yüksək tədris şəraiti yaradıldığını bildirib.
İllinoys
Universitetinin prorektoru Robert Bariş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu
bildirib, qonaqpərvərliyə görə ATU rəhbərliyinə təşəkkürünü bildirib. Prorektor
Bariş İllinoys Universitetinin Çikaqonun ən böyük ali məktəbi
olduğunu qeyd edib. Qonaq universitetdə
hər il 28 min nəfərin təhsil aldığını bildirib və qeyd edib ki, bunlardan 17
mini tələbələrdir: "İllinoys Universiteti tibb təhsili sahəsində ən məşhur elm
ocaqlarından biridir. Elmi araşdırmalara ayrılan vəsait baxımından İllinoys
Universiteti ABŞ üzrə ilk 50 yerə daxildir. İllinoys Universiteti 3 tibbi
kollecin birləşdirilməsi ilə yaradılıb”.
İllinoys Universitetinin oftalmologiya fakültəsinin dekanı, professor Mark Rosenblatt da təmsil etdiyi elmi
təhsil müəssisəsinin strukturu, fakültələrin fəaliyyəti,
mövcud tədris prosesi və digər məsələlər haqqında geniş məlumat verib. O, ATU ilə tanışlığından məmnun olduğunu bildirərək
buradakı şəraiti bəyəndiyini
söyləyib.
İllinoys Universitetin neyrocərrahiyyə şöbəsinin professoru Konstantin Slavin isə vaxtilə
Azərbaycan Tibb Universitetində təhsil aldığını xatırladaraq bununla qürur
duyduğunu bəyan edib. O, ATU-dakı təhsil
illərini xatırlayaraq, həmin dövrdən fəxrlə
danışıb.
Qeyd edib ki, həmin illər təhsil üçün
indiki qədər yaxşı şərait yox idi. Və bu illər
ərzində Azərbaycanın hər sahəsində olduğu kimi səhiyyə və tibb sahəsində də
ciddi uğurlar əldə olunub.
ATU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru Nadir
Zeynalov ali məktəbin dünyanın bir çox nüfuzlu universitetləri ilə əlaqələrindən
söz açıb. Qonaqların ATU-nun Tədris-Cərrahiyyə Klinikası ilə tanış
olduqları qeyd olunub. ATU-nun elmi işlər
üzrə prorektoru Rauf Bəylərov universitetdə aparılan elmi araşdırmalar barəsində
amerikalı nümayəndələrə məlumat verib.
Görüşün sonunda Azərbaycan
Tibb Universiteti və Çikaqonun İllinoys Universiteti arasında qarşılıqlı münasibətlərin
möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması məsələsi müzakirə
olunub. Gələcəkdə universitetlər
arasında qarşılıqlı tələbə, rezident və mütəxəssis mübadiləsinin gerçəkləşdirilməsi
məsələləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin, tədris prosesinin
strukturunda da İllinoys Universitetiinn zəngin təcrübəsindən yararlanmağın
faydalı olacağı vurğulanıb.