• cümə axşamı, 25 aprel, 03:12
  • Baku Bakı 19°C

"İllik qaz hasilatını 40 milyard kubmetrə çatdırmaq imkanımız var" - SOCAR prezidenti

02.06.16 11:35 1111
"İllik qaz hasilatını 40 milyard kubmetrə çatdırmaq imkanımız var" - SOCAR prezidenti
"Son 10 ildə Azərbaycanda qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 mlrd. kubmetrə çatdırılıb".
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
"SOCAR-ın "Azneft" İstehsalat Birliyi bu vaxta qədər 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq. Ekoloji tədbirlər nəticəsində əlavə 281 milyon kubmetr səmt qazı əldə olunub. Gələcəkdə illik qaz hasilatını 40 milyard kubmetrə çatdırmaq imkanımız var", - deyə R. Abdullayev qeyd edib.
banner

Oxşar Xəbərlər