• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır

12.10.18 12:52 514
İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır
Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır: "Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Bunun saatlarının artmasının heç kim əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir. Sual oluna bilər ki, Sovetlər dövründə çoxları rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüsək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi, amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var".
banner

Oxşar Xəbərlər