• cümə, 26 Aprel, 06:19
  • Baku Bakı 12°C

İlkin ödənişsiz, 60 aylıq ödəmə şərti ilə mənzil sahibi olun

15.07.15 12:55 20390
İlkin ödənişsiz, 60 aylıq ödəmə şərti ilə mənzil sahibi olun
“AAAF Park” Yaşayış Kompleksi Ramazan ayı münasibətilə yeni kampaniyaya start verib. Kompleksdən “Kaspi”yə bildirilib ki, kampaniyanın şərtlərinə görə iyul ayının 18-nədək hər bir Azərbaycan vətəndaşı ilkin ödənişsiz, 60 aylıq ödəmə şərtləri ilə mənzil əldə edə bilər. Yeni şərtlərə əsasən ev almaq üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə “AAAF Park” Yaşayış Kompleksinin Satış Şöbəsinə yaxınlaşmaq kifayədir.
Xatırladaq ki, aprel ayından etibarən “AAAF Park” Yaşayış Kompleksində ev almaq üçün heç bir banka müraciət etmədən, şirkətin daxili rəsmiləşdirmə qaydaları ilə mənzil almaq imkanı yaradılmışdı. Bu qaydalara əsasən 15 illik ödəmə şərti ilə mənzil əldə etmək istəyən şəxs mənzilin dəyərinin 10 faizini öncədən ödəməli, yaranan borc məbləğini isə 15 ilə böldürərək mənzil sahibi ola bilərdi. Ramazan Kampaniyası isə alıcılara ilkin ödəniş etmədən mənzil sahibi olma imkanı yaradır. Misal üçün, 28.7 m² olan 1 otaqlı mənzilin dəyəri 5 illik daxili ödəmə şərtləri ilə 22 960 manat müəyyən edilir və məbləğ 60 aya bölünür. Müqavilə imzalandığı zaman 1 faiz rəsmiləşdirmə xərci – 230 manat, borc məbləği isə 60 aya bölünərək, ayda 383 manat müəyyənləşdirilir. Daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: http://www.aaafpark.com/aaaf-parkda-ilkin-odenissiz-menzil-kampaniyasina-start-verildi.html. Daha geniş m²-i olan mənzillər barədə məlumatı isə bu linki yükləməklə əldə edə bilərsiniz:
http://www.aaafpark.com/wp-content/uploads/2015/06/AAAFPARK-RAMAZAN-KAMPANIYASI.pdf
Əlaqə telefonları: *6464 (012/050/055 408 64 64)
banner

Oxşar Xəbərlər