• cümə axşamı, 25 aprel, 12:39
  • Baku Bakı 23°C

İlkər Başbuğ 26 aydan sonra azadlıqda

07.03.14 18:17 973
İlkər Başbuğ 26 aydan sonra azadlıqda
İstanbul Ağır Cinayətlərə dair Məhkəməsi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğla bağlı məsələyə baxıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, ağır cinayətlərə dair məhkəmə və ölkə Ana Yasa məhkəməsi keçmiş qərargah rəisinin haqqının pozulmasını əsas göstərərək, onun sərbəst buraxılması haqda qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən, Başbuğ hər həftə məhkəməyə gedərək, ölkədə olduğu haqda imza atacaq.
Xatırladaq ki, o, 2011-ci il iyulun 29-da həbs edilmişdi.
banner

Oxşar Xəbərlər