• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

İlk yük qatarı Bakı - Tbilisi - Qars dəmir yolu xətti ilə yola salınıb

30.10.17 16:40 835
İlk yük qatarı Bakı - Tbilisi - Qars dəmir yolu xətti ilə yola salınıb
Bu günBakı-Tbilisi-Qarsdəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
APA-nın məlumatına görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidentiİlham Əliyev, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, o cümlədən Qırğızıstan və Tacikistandan nazirlər iştirak ediblər.
Tədbirdə Azərbaycan prezidentiİlham Əliyev, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Bunun ardıncaBakı-Tbilisi-Qarsdəmir yolu xəttinin tikintisinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra Azərbaycan prezidentiİlham Əliyev, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov külünglə dəmir yoluna son mıxları vuraraq, Qazaxıstandan gələn 32 konteynerdən ibarət ilk yük qatarını yola salıblar.
banner

Oxşar Xəbərlər