• cümə, 29 Mart, 04:39
  • Baku Bakı 7°C

İlk qəbul imtahanlarında 495 nəfər 600-dən çox bal toplayıb

17.07.13 10:15 1235
İlk qəbul imtahanlarında 495 nəfər 600-dən çox bal toplayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən abituriyentlərin göstərdikləri nəticələrin statistikasını açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, III ixtisas qrupu üzrə qəbul imtahanlarında 495 nəfər 600-dən yuxarı, 1879 nəfər 500-dən yuxarı, 4492 nəfər 400-dən yuxarı, 8063 nəfər 300-dən yuxarı nəticə göstərib. Bundan əlavə, 2099 abituriyent 250-300 bal arası nəticə göstərərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıblar. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.
banner

Oxşar Xəbərlər