• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

İlk peyk proqramının reallaşdırılmasından nə qədər qazanmışıq?

21.12.13 10:39 1325
İlk peyk proqramının reallaşdırılmasından nə qədər qazanmışıq?
Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirlər 10 milyon dollara çatıb. Bu barədə çərşənbə günü Trend-ə "Azərkosmos" ASC-dən bildiriblər.
Hazırda Azərbaycanın peyk operatoru tərəfindən "Azerspace/Africasat-1a" peykinin resurslarının 50 faizindən çoxu reallaşdırılıb. Peykin köməyi ilə 70 televiziya və radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir.
Peyk televiziya kanallarının standart və birbaşa yayımını həyata keçirir.
"Azerspace/Africasat-1a" rabitə peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir.
İstifadəçilər televiziya kontentinə baxmaq üçün peyk qəbuledicilərini bu formada tənzimləməlidirlər: tezlik - 11169 MHz, sürət - 20400, polyarlaşma - Horizontal və FEC - 5/6.
banner

Oxşar Xəbərlər