• şənbə, 20 Aprel, 05:22
  • Baku Bakı 15°C

İlk lisenziyanı ağır atletlər qazandı

11.04.17 12:05 714
İlk lisenziyanı ağır atletlər qazandı
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb.
Kaspi.az xəbər verir ki, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən Olimpiya lisenziyası qazanmaq şansı yaranıb. Azərbaycan bu şansdan yetərincə yararlana bilib.
Hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal...və nəhayət, 25-ci yer 1 xal.
Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.
Azərbaycan yığmasına ən çox xal qazandıran 6 atletin ümumi balı 90 olub. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutub və Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.
banner

Oxşar Xəbərlər