• cümə, 29 Mart, 16:12
  • Baku Bakı 14°C

İlk gündə iki medal - biri qızıl, biri bürünc!

22.02.14 11:02 1820
İlk gündə iki medal - biri qızıl, biri bürünc!
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilir. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız turnirdə iştirak edir.
Turnirin ilk günündə yığma komandamızın üzvlərindən Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb.
74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.
Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparır.
Heyətdə Ruslan Surxayev (57 kq), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.
Proqrama əsasən, fevralın 22-də 57, 86 və 125 kq, 23-də isə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayacaq.
banner

Oxşar Xəbərlər