• çərşənbə, 24 Aprel, 12:26
  • Baku Bakı 27°C

İlk gündə 1 medal qazandıq - Tehranda

24.01.14 09:55 1660
İlk gündə 1 medal qazandıq - Tehranda
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışda Azərbaycan, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparırlar.
İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıblar. Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıb.
Azərbaycan idmançılarından yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb. Güləşçimiz bürünc medal üçün yerli idmançı Museyib Əkbərini üstələyib.
Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada tamamlayıb. Hacımurad Bağmanovun (71 kq) rəqibi finala çıxmadığından, o, təsəlliverici görüşlərə qatılmaq imkanını itirib.
Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayırlar.
Bu gün isə turnirdə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
banner

Oxşar Xəbərlər