• şənbə, 20 Aprel, 04:07
  • Baku Bakı 15°C

İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək

07.03.17 13:10 1025
İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək
Dövlət İmtahan Mərkəzi hansı xidmətlərinin pullu, hansıların isə pulsuz olacağını açıqlayıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə AbbaszadəAPA-ya bildirib ki, bu vaxtadək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən xidmətlər dövlət tərəfindən maliyyələşdirilib. Onun sözlərinə görə, əksər hallarda istifadəçilər tərəfindən yalnız simvolik rüsum ödənilib. M.Abbaszadə vurğulayıb ki, bundan sonra istifadəçi üçün xidmətin pullu və ya pulsuz olması sifarişçidən asılı olacaq: "Bu baxımdan ölkə başçısı tərəfindən imzalanmış son sərəncam çox böyük əhəmiyyətə malikdir. Bir daha xatırladım ki, bu sərəncama əsasənümumitəhsil müəssisələrini cari ildə bitirən bütün Azərbaycanvətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş vətəndaşlarınimtahanda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bu il sərəncamdanfaydalana biləcək abituriyentlərin sayı təqribən 70 minə yaxındır”.
Direktorlar Şurasının sədri əlavə edib ki, digər hallarda DİM tərəfindən göstərilən xidmətlərödənişli olacaq. Onun sözlərinə görə, ödəniş məbləği hər imtahan (xidmət) növü üzrə bir imtahan iştirakçısı (xidmət istifadəçisi) üçün sərf olunan vəsaitdən asılı olacaq.
banner

Oxşar Xəbərlər