• çərşənbə, 24 Aprel, 19:27
  • Baku Bakı 23°C

İlin sonunadək ölkəmizə 3 alıcı missiyası təşkil olunacaq

26.09.19 14:00 659
İlin sonunadək ölkəmizə 3 alıcı missiyası təşkil olunacaq
Bu ilin sonuna kimi Azərbaycana 3 alıcı missiyası təşkil ediləcək.
AZƏRTACxəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviq Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev bildirib ki, alıcı missiyaları oktyabrın 20-25-də Rusiyadan, oktyabrın 22-25-də Gürcüstan, Rusiya, Özbəkistan və İrandan, noyabrda isə Almaniya, Polşa və Xorvatiyadan ölkəmizə gələcək. Alıcı missiyaları qida, spirtli içkilər, sənaye və tikinti sahələrini əhatə edir.
banner

Oxşar Xəbərlər