• cümə axşamı, 25 aprel, 12:40
  • Baku Bakı 23°C

İlin sonunadək 3700 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

17.03.19 09:00 568
İlin sonunadək 3700 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsidavam edəcək.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu barədəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriRövşən Rzayevməlumat verib.
Komitə sədri "Report"a müsahibəsində bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köçkünlərin də yeni mənzillərə köçürülməsi davam edəcək. İlin sonuna qədər3700 məcburi köçkün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köcürülməsi nəzərdə tutulub.
İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.
Komitə sədri həmcinin qeyd edib ki,Heydər ƏliyevFondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.
R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və27 ailənin köçürüləcəyiniqeyd edib.

banner

Oxşar Xəbərlər