• çərşənbə, 24 Aprel, 07:12
  • Baku Bakı 13°C

İlin əvvəlindən Poroşenko və Putin arasında dörd telefon danışığı olub

02.03.17 09:10 658
İlin əvvəlindən Poroşenko və Putin arasında dörd telefon danışığı olub
İlin əvvəlindən Ukrayna prezidenti Petro Poroşenko ilə Rusiya Federasiyasının prezidentiVladimir Putinarasında dörd telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə "Kommersant” qəzeti yazıb.
Hər iki ölkənin diplomatik mənbələrinə istinad edən qəzet yazır ki, dövlət başçıları sonuncu dəfə fevralın 21-də, Ukrayna tərəfinin təşəbbüsü ilə söhbət aparıblar. Telefon bağlantısının 20 dəqiqə davam etdiyi bildirilir.
Bundan əvvəl isə tərəflər fevralın 11-də, Sloveniya prezidenti Borut Paxorun Moskvaya səfərindən bir gün sonra telefonla danışıblar. Xatırladaq ki, fevralın 12-də B.Paxor Kiyevə səfər edib.
banner

Oxşar Xəbərlər