Çili yığması Reynaldoya tapşırıldı
Çili yığmasının yeni baş məşqçisi bəlli olub.
Kaspi.az xəbər verir ki, Çili Futbol Federasiyası kolumbiyalı
mütəxəssis Reynaldo Rueda ilə anlaşıb. Onunla müqavilə DÇ-2022-nin seçmə
mərhələsinin sonuna qədər imzalanıb.
Çili yığması mundiala vəsiqə əldə etsə, müqavilə uzadıla bilər. 60
yaşlı Reynaldo Honduras yığmasını DÇ-2010-un final mərhələsinə çıxara bilmişdi.
Onun ən böyük uğuru 2016-cı ildə "Atletiko Nasyonal”la Libertadores
Kubokunu qazanmasıdır.