• şənbə, 20 Aprel, 14:01
  • Baku Bakı 23°C

Çili yığması Reynaldoya tapşırıldı

09.01.18 11:35 792
Çili yığması Reynaldoya tapşırıldı
Çili yığmasının yeni baş məşqçisi bəlli olub.
Kaspi.az xəbər verir ki, Çili Futbol Federasiyası kolumbiyalı mütəxəssis Reynaldo Rueda ilə anlaşıb. Onunla müqavilə DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzalanıb.
Çili yığması mundiala vəsiqə əldə etsə, müqavilə uzadıla bilər. 60 yaşlı Reynaldo Honduras yığmasını DÇ-2010-un final mərhələsinə çıxara bilmişdi.
Onun ən böyük uğuru 2016-cı ildə "Atletiko Nasyonal”la Libertadores Kubokunu qazanmasıdır.
banner

Oxşar Xəbərlər