• cümə, 19 Aprel, 15:26
  • Baku Bakı 25°C

Çili də iddia etdi - DÇ-2026-ya

22.06.17 13:30 1090
Çili də iddia etdi - DÇ-2026-ya
Çili də 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək niyyətindədir.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Çili Futbol Federasiyasının prezidenti Arturo Salah verib. O, mundialı başqa ölkələrlə birgə təşkil etmək niyyətində olduqlarını deyib:
"Biz dünya çempionatını təşkil etmək istəyirik. Bunu digər ölkələrlə birgə etməyi planlaşdırırıq. Ölkələrin sayı 2, ya da 3 də ola bilər.
Coğrafi cəhətdən bizə yaxın olan ölkələrin də fikirlərini öyrənməyə çalışacağıq. Məsələni araşdırandan sonra ərizə verilməsi ilə bağlı qəti qərara gələcəyik”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, ABŞ, Meksika və Kanada DÇ-2026-nı təşkil etmək üçün birgə ərizə ilə müraciət ediblər.
banner

Oxşar Xəbərlər