• cümə, 29 Mart, 14:52
  • Baku Bakı 14°C

İlhamə: “Xəyanət bizlik deyil, qocalmışıq“

21.10.14 16:26 1251
İlhamə: “Xəyanət bizlik deyil, qocalmışıq“
Axşam.az bildirir ki, “Onlar” verilişinə açıqlama verən sənətçi həyat yoldaşının onu qısqanmadığını deyib:
“Pulu səyahət üçün qazanmaq istəyirəm. Evdəkinə deyəndə xəsisliklə verir. İnsanın öz pulunun olması daha yaxşıdır. İndi Yaponiyaya getməyə hazırlaşıram. Nə qədər ki, oğul-uşaq olmayıb, həyatımı yaşayıram. Həyat yoldaşım mənimlə getmir. Ailədə getdiyim qeyri-adi yerləri heç sevmirlər. Onun üçün istirahət haradasa oturub kofe içməkdir.
Mənə görə isə dincəlmək küçələrdə gəzməkdir. Məni qısqanmır. Bilir ki, əsəbiyəm, kimsə mənə küçədə sataşa bilməz, çəkinər. Heç özüm də onu qısqanmıram. Sevgi olan yerdə kiçik narazılıqlar da yaşanır. Qısqanıramsa, özümü ucuz tuturam. Demək o, kimisə sevə bilər, məni yox? Özümə dəyər verirəm, belə şeylər düşünmürəm. Əgər gələcəkdə aramızda nəsə baş versə, itirən o olacaq. Xəyanət bizlik deyil, artıq yaşımız keçib, qocalmışıq”.
banner

Oxşar Xəbərlər