• şənbə, 20 Aprel, 04:22
  • Baku Bakı 15°C

İlhamə Quliyeva: “Mən xəstə deyildim, sadəcə...“

04.02.14 17:51 1149
İlhamə Quliyeva: “Mən xəstə deyildim, sadəcə...“
Axşam.az xəbər verir ki, müğənni artıq səhhətinin yaxşılaşdığını və yaradıclıq işləri ilə məşğul olmağa başladığını bildirib:
“Hər insan mütləq ildə bir dəfə özünə belə istirahət verməlidir. Bir ay xəstəxanada müayinə olundum, yaxşıca dincəldim. Hamının diqqətinə çatdırım ki, mən xəstə deyildim, sadəcə, lüks şəraitdə istirahət edirdim. Kardioloqum Rəşad həkimin təkidi ilə xəstəxanaya yatırıldım. Telefonumu bağlayıb, hər şeydən uzaqlaşmışdım. Sənət dostlarım sağ olsunlar, məni orada da tək qoymadılar, tez-tez ziyarətimə gəlirdilər. İndi işimin başına qayıtmışam”.
İ.Quliyeva, həmçinin maraqlı layihə üzərində çalışdığını söyləyib:
“Bu haqda Cavanşir Məmmədov məlumat verib. Çox ağır bir yükün altına girmişəm. Bir çox sənət adamını bir arada görəcəksiniz".
banner

Oxşar Xəbərlər