• cümə, 29 Mart, 15:59
  • Baku Bakı 14°C

İlhamə Quliyeva ətrafını ələkdən keçirib

21.02.14 14:48 1276
İlhamə Quliyeva ətrafını ələkdən keçirib
Xalq artisti İlhamə Quliyeva ətrafından pis insanları uzaqlaşdırıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda qonaq olduğu ATV telakanalında yayımlanan “Gün keçir” verilişində deyib:
“Artıq pislər yanımda yoxdur. Ətrafımdakıları ələkdən keçirtdim, ilişib qalan yağları tulladım. Onlar yanımda olanda qara günə qalıram. Ətrafımda hazırda olan insanlar məni çox istəyir. Özümü xoşbəxt hiss edirəm. Çünki xalqım və dövlətim məni sevir. 50 ildir səhnədəyəm, məni bu sevgi yaşadıb”.
Daha sonra gəlini və oğluna salam göndərən İlhamə Quliyeva nəvəsindən danışıb:
“Buradan gəlinimə, oğluma, nəvəm Ruslanıma salam deyirəm. Böyüyür, nəvəm o qədər şirindir ki...”.
banner

Oxşar Xəbərlər