AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlhamə Nazpərinin “Bandotdel”dəki izahatını yaydı Mətn

İlhamə Nazpərinin “Bandotdel”dəki izahatını yaydı Mətn

Mədəniyyət
11 Aprel 2013, 14:13 1702
“Hər şey ötən ilin dekabr ayında xalq artisti Nazpəri Dostəliyevanın ATV-nin “Onlar” verilişinə verdiyi bu müsahibə ilə başladı: “Oturub efirdə kameradan mesaj göndərməkdənsə, belə eləməyin, siz yaxşı oxumadınız, pis oxudunuz. Özünüzü yaxşı aparmadınız. Efirdən lazım deyil bu şeylər...”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva Nazpəri Dostəliyeva ilə qarşıdurma haqında danışarkən deyib. İ. Quliyeva bildirib ki, aparıcının “Yaşından istifadə edib, efirdə gəncləri gözümçıxdıya salan sənətkar kimdir?” sualına Nazpəri Dostəliyeva belə cavab verib:

““O, o qədər acizdir ki, ancaq özündən danışır. Belə oturub, mənəm deməyə heç kimin ixtiyarı yoxdur. O yazıq adamdır, o aciz insandır. Mənim ona yazığım gəlir. Baxıb görür onun dövrü keçib, onun yaşı keçib. Onun bu gün nə sənəti qalıb, nə oxumağı qalıb... heç nəyi qalmayıb”.

Əsəblərinə hakim ola bilməyən xalq artisti illərdir gənclərin yolunu kəsən sənətkarları “Onlar”da parodiya etdi: “Kameranı mənim üzümə yaxınlaşdır, bilmirəm, mənim brilyantlarımı göstər. Məni bir az da yaxından çək!”. N.Dostəliyeva həmin verilişdə sənətkarları bu cür ifşa etdi: “Hər nəslin nümayəndəsi gənclərə dəstək olmalıdır, bu mütləqdir. Amma təmənnasız. Təmənna ilə dəstək olanlarımız da var”.

“Mən, İlhamə Quliyeva öz hüquqlarımı müdafiə etmək üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etdim. Bu müraciətə əsasən Nazpəri Dostəliyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldı və ondan izahat alındı. Həmin izahatda o belə yazıb: “Bildirmək istəyirəm ki, mən televiziyada, radioda, eləcə də digər şənliklərdə İlhamənin haqqında hər hansı bir fikir söyləməmişəm, mənim onunla heç bir problemim yoxdur. Mən İlhaməni təhqir etməmişəm. Mən İlhamənin şərəf və ləyaqətini alçaldacaq, onu ictimaiyyət arasında rüsvay edəcək hərəkətlərə yol verməmişəm. Qeyd etdiyim kimi, mən İlhamə Quliyevanın şərəf və ləyaqətini alçaltmamışam və belə bir hərəkətlərə yol vermək fikrində də deyiləm. Bildirmək istəyirəm ki, mən televiziyada özüm haqqında fikir söyləmişəm, yəni öz yaşım haqqında fikir söyləmişəm, lakin İlhamənin barəsində, yaşı barəsinda hər hansı bir fikir söyləməmişəm. Lakin İlhamə Quliyeva mənim dediklərimi sanki ona sataşmağım kimi qəbul edərək mənim dediklərimi mənə qarşı istifadə edib”.

Nazpəri Dostəliyevanın ifadəsindən belə aydın olur ki, “Onlar” verilişində dedikləri hamısı onun özünə aid imiş. Yəni Nazpəri Dostəliyeva özünün aciz insan olduğunu, özünə yazığı gəldiyini bildirib, yaşının, dövrünün, sənətinin keçdiyini söyləyib, gənclərə təmənna ilə dəstək olduğunu deyib, efir zamanı yalnız öz brilyantlarını nümayiş etdirdiyini dilə gətirib. Əhsən, özünə tənqidlə yanaşan belə sənətçiyə”.