• cümə axşamı, 28 mart, 17:36
  • Baku Bakı 16°C

İlhamə: “Mən o günə qalmışam ki, Elzayla eyni səhnəni paylaşım?”

17.09.13 17:27 1326
İlhamə: “Mən o günə qalmışam ki, Elzayla eyni səhnəni paylaşım?”
Xalq artisti İlhamə Quliyeva müğənni Elza Seyidcahanı yalan danışmaqda ittiham edib.
Xalq artisti “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Elza Seyidcahan bu gün “Atv” kanalında çıxışı zamanı onun adından yalan danışıb. Onun sözlərinə görə, Seyidcahan yaxın günlərdə baş tutacaq konsertində səhnəni primadonna ilə paylaşacağını deyib:
“Mən bilmirəm ki, bu adam niyə görə, mənim adımı çəkib. Mən məgər o səviyyənin adamıyan ki Elza Seyidcahanla bir səhnəyə çıxım? Mən yəni o günə qalmışam… Mənim adımdan istifadə edib yalan danışmaqdan utanmır. Ayıb olsun ona. Mən belə tədbirlərdə qəti şəkildə iştirak etmirəm. Bunu hər kəs bilir”.
banner

Oxşar Xəbərlər