• cümə, 19 Aprel, 20:30
  • Baku Bakı 24°C

İlham Mirzəyev azadlıqdan məhrum edildi - 4 il 6 ay

14.10.14 14:05 1124
İlham Mirzəyev azadlıqdan məhrum edildi - 4 il 6 ay
APA-nın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
banner

Oxşar Xəbərlər