AZE | RUS | ENG |

İlham Məmmədov: "Azərbaycanın uğurlarından narahat olan dairələr var"

İlham Məmmədov:
Deputat: Xalq-iqtidar birliyindən narahat olan qüvvələr ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar

Azərbaycan sabitlik adasıdır, dövlət insanların rahat və təhlükəsiz yaşaması üçün mütəmadi addımlar atır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Ancaq təəssüflər olsun ki, Azərbaycanın bu uğurlarından narahat olan dairələr var.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən həmin bədxahlar ölkədə ən kiçik problemi belə, faciə həddinə çatdırmağa çalışırlar: "Dünyanın hər bir ölkəsində problemlər var, qəzalar, təbii fəlakət, texnogen hadisələr baş verir. Ancaq həmin dairələr Azərbaycanda baş verən ən kiçik məsələni qabardaraq faciə formasında təqdim etməyə çalışırlar. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin qüvvələr orada nöqsan axtarmağa cəhd etməsinlər”.

Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdə müəyyən ideoloji mərkəzlər var ki, onlar bu gün ayrı-ayrı ölkələrdə qarışıqlıq yaratmaq, dövlət çevrilişləri etmək, hansısa siyasi və iqtisadi maraqlarını təmin etmək üçün fəaliyyət göstərirlər:

"Onlar Azərbaycandakı əmin-amanlığı, xalq-iqtidar birliyini görürlər və öz içərimizdən müəyyən adamları taparaq ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar. Lakin həmin dairələrin cəhdləri həmişə boşa çıxır, çünki Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN