• cümə, 29 Mart, 17:04
  • Baku Bakı 14°C

İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması bu gün MSK-da müzakirə ediləcək

14.02.18 12:20 486
İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması bu gün MSK-da müzakirə ediləcək
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədiİlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək.
Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyn Paşayev məlumat verib.
Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayındaİlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
banner

Oxşar Xəbərlər