• cümə axşamı, 28 mart, 22:04
  • Baku Bakı 13°C

İlham Əliyevin namizədliyi üçün toplanmış imzalar MSK-ya təqdim olundu

20.08.13 11:04 1651
İlham Əliyevin namizədliyi üçün toplanmış imzalar MSK-ya təqdim olundu
Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, MSK-dan alınan 900 imza vərəqi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq doldurulub və təqdim edilib: “125 dairəni əhatə etməklə toplanan 45 min imza müvafiq sənədlərlə birgə MSK-ya təqdim olunub və qəbul edilib”.
S. Novruzov bildirib ki, qanunvericiliyə uyğun olaraq təbliğat təşviqat kampaniyasına sentyabrın 16-dan başlanacaq.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.
İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.
banner

Oxşar Xəbərlər