• cümə axşamı, 18 aprel, 21:24
  • Baku Bakı 21°C

İlham Əliyevdən Parisdə Sərkisyana cavab: “Əgər bu qədər ağıllısansa niyə bu qədər kasıbsan?”

14.03.17 15:43 698
İlham Əliyevdən Parisdə Sərkisyana cavab: “Əgər bu qədər ağıllısansa niyə bu qədər kasıbsan?”
Xəbər verildiyi kimi Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ParisdəParisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb.
Prezidentin rəsmi saytı İlham Əliyevin həmin görüşdəki nitqinin stenoqramını yayıb.
Prezident çıxışında MEDEF-in Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu qeyd edib. Bildirib ki, Azərbaycanla Fransanınçox yüksək səviyyədə iqtisadi əlaqələri var, bir çox layihələr icra olunub, bir çox Fransa şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir.
"İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardançoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırki mərhələdə bizimüçünçox mühüm əhəmiyyət kəsb edir”-Azərbaycan prezidenti deyib.
İlham Əliyev fransalı iş adamlarının nəzərinə Azərbaycanda həyata keçirilən əsaslı islahatlar barədə çatdırıb. Deyib ki, bu islahatlar əsasən ötən il olub.
"Ötən ilçox dərin iqtisadi islahatlar ili olub. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərib.Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur.Əslində, biz neft və qazdan asılılığıazaltmaqüçün bununüzərində uzun illər idi ki,çalışırdıq və bunu etməyə nail olduq”-prezident bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan islahatlarda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edir. Eyni zamanda bu işə məsləhətçilər cəlb edir:"Bizim çox yaxşı məsləhətçilərimiz var.Onlar bizə iqtisadiyyatımızın hər bir sektoruüçün strateji yol xəritələri hazırlamağa kömək edirlər. Azərbaycanda iqtisadi inkişaf sabitdir.Əvvəlki illərdəümumi daxili məhsulun göstəricisiçox yüksək olmuşdur və bu da əsasən neft və qaz sektorunun sayəsində başverib. Lakin artım təkcə bu sektorla bağlıdeyildi. Bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyətölkə iqtisadiyyatının cəlbedici olmasıüçün ilkinşərtlərdən biridir. Biz bu nəticələrəçox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarınıpozan Ermənistanın Azərbaycana qarşıtəcavüzüvə torpaqlarınıişğal etməsi nəticəsində evlərinıvə əmlakınıitirmişyüz minlərlə qaçqın və məcburi köçkünüyerləşdirməli olduq”.
Daha sonra Qarabağ münaqişəsi haqda danışan İlham ƏliyevDağlıq Qarabağvə ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzişirkətlərin fəaliyyəti ilə bağlınarahatlıq ifadə edib. Prezidentin bildirdiyinə görə, bəzişirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir.
Sitat:"Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaqüçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir.Ona görə də mən bu narahatlığıifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərənşirkətləri bu fəaliyyətdənçəkinməyəçağırmaq istərdim. Bu fəaliyyətçoxlu gəlir gətirməyəcək, lakinçoxluçətinliklər yarada bilər. Bu,ölkələrimiz arasındakıçox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, buşirkətlər bunuöz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundançəkinməklə bağlıxəbərdarlıq etməkdir”.
İlham Əliyev çıxışını davam etdirərək Ermənistan prezidenti Serj Sərkisyanın bir neçə gün əvvəl MEDEF-dəki çıxışına toxunub. Bildirib ki, Ermənistan prezidentinin MEDEF-dəçıxışedərkən investorlarıözölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatınınüfuzdan salmağaçalışdığınıona deyəndə təəccüblənib.
"O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalarölkəsidir.Açığınıdeyim, biz Azərbaycanda buna gülürdük,çünkiçox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyətçəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmişölkələrinin təbii ehtiyatlarıyoxdur. Lakin onlar düzgün idarəçilik,şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsindəözölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransızşirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşıolardıki, diqqəti əhalisinin yarısındançoxu gələcəküçün heçbir perspektivi olmayan, yoxsulluq həddindən də aşağıyaşayanölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır.Əgər buölkə belə yaxşıvə cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdənüstün tutardılar»-İlham Əliyev Sərkisyana cavab olaraq deyib.
Prezident bildirib ki, Azərbaycanda islahatlar davam etdiriləcək və qarşıdakı illərdə bizim əsas diqqət yetiriləcəksahə iqtisadiyyatınqeyri-neft sektoru, əsasən də kənd təsərrüfatıolacaq.
"Mən Fransanın nüfuzluşirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılmasıilə bağlılayihələri həyata keçirməküçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm”-Azərbaycan prezidenti bildirib.
banner

Oxşar Xəbərlər