• cümə, 19 Aprel, 03:13
  • Baku Bakı 18°C

İlham Əliyev Özbəkistanın yeni prezidentini təbrik edib

05.12.16 19:32 1469
İlham Əliyev Özbəkistanın yeni prezidentini təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevŞavkat Mirziyoyevi Özbəkistan prezidentiseçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcək. Hörmətli Şavkat Miromonoviç, sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.
banner

Oxşar Xəbərlər