• cümə axşamı, 28 mart, 22:59
  • Baku Bakı 13°C

İlham Əliyev Vladimir Putini təbrik edib

11.06.13 18:05 1519
İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı - Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Rusiya Sizin rəhbərliyinizlə iqtisadiyyatın və sosial sahənin yenilənməsi, siyasi sistemin modernləşdirilməsi, demokratiyanın genişlənməsi, vətəndaş məsuliyyətinin artırılması, dünya birliyində ölkənin nüfuzunun möhkəmlənməsi proqramlarının həyata keçirilməsi yolunda inamla irəliləyir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri bağlayır: "Əminəm ki, bu ənənələrə əsaslanan dövlətlərarası münasibətlər, ikitərəfli əməkdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, bütün Rusiya xalqına sülh və tərəqqi diləyirəm".
banner

Oxşar Xəbərlər