• çərşənbə, 17 Aprel, 03:13
  • Baku Bakı 14°C

İlham Əliyev Türkiyəyə dövlət səfərinə gedib

14.01.15 18:15 873
İlham Əliyev Türkiyəyə dövlət səfərinə gedib
Prezident İlham Əliyev yanvarın 14-də Türkiyə Respublikasına dövlət səfərinə gedib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Qeyd edək ki, yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək. Səfər zamanı keçiriləcək görüşlərdə Şuranın toplantısı çərçvəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq. İki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.
banner

Oxşar Xəbərlər